Dünyanın ilk “ağıllı yol”u - VİDEO

09:26 | 16.04.2014
Dünyanın ilk “ağıllı yol”u - VİDEO

Dünyanın ilk “ağıllı yol”u - VİDEO

Dünyanın ilk "ağıllı yol"u Hollandiyada açılır. ANS PRESS-in xəbərinə görə, Hollandiyada dünyada ilk dəfə olaraq "ağıllı yol" fəaliyyət göstərək. Yollar fosforla işıqlandırılacaq. Elektiriklə işləyən avtomobillər hərəkət zamanı bu yolda enerji yığa biləcək. Yolda həm enerjiyə qənaət təmin edilib, həm də qəzaların qarşısını almaq üçün xüsusi proyekt hazırlanıb. Bu yol sürücülərə istədiyi məsafəyə minimal təhlükə riski ilə hərəkət etmək imkanı yaradır. Xüsusi fosforla boyanan yol gündüz yığdığı enerjini gecə yayır. Beləcə, yol kənarındakı işıqlandırma vasitələrinə də ehtiyac qalmır. Texnologiya möcüzəsi olan bu yola interaktiv işıqlandırma sistemi və hava proqnozu barədə xəbər verən ekranlar yerləşdirilib. "Ağıllı yol" istiliyə əsasən, havanın yağışlı, ya da qarlı olacağı barədə sürücüyə məlumat verir.Qeyd edək ki, "Smart Highway" ("ağıllı yol ") adı verilən layihə "Heijmans" şirkətinin dəstəyi ilə dizayner Daan Roozeqaarde tərəfindən hazırlanıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM