1989-cu ilin martında Avropa Nüvə Tədqiqatları Təşkilatının (CERN) əməkdaşı, britaniyalı fizik Tim Berners-Li informasiyanın idarə edilməsi üçün təklif yazaraq hipermətndən istifadə ilə onun internet üzərindən asan göndərilməsini təsvir edib. Belçikalı sistem mühəndisi Robert Kayo gələn il Tim Berners-Linin layihəsinə qoşulub. İdeya fərdi kompüterlərdə hipermətni internetlə birləşdirməklə vahid informasiya şəbəkəsi yaratmaqdan ibarət olub. Sözügedən şəbəkə "CERN"-də fiziklər arasında informasiya mübadiləsini təmin etmək üçün lazım idi. İlk proqramlar "NeXT" kompüterində yaradılıb. Tim Berners-Li veb-səhifələrin yaradılması və onlara baxış üçün brauzer redaktor yaradıb. Onlar brauzer redaktoru 1990-cı ilin mayında "World Wide Web" (Ümumdünya Hörümçək Toru) adlandırıblar. Dünyada ilk veb-saytın ünvanı “info.cern.ch” olub. Bu sayt, həmçinin dünyada ilk internet kataloqdur: burada başqa saytlara istinadların siyahısı yerləşdirilmişdi. 1991-ci ilin yazında istənilən kompüter və ya terminalda işləyən universal brauzerin sınaqlarına başlanılıb. Brauzer “maus” və qrafikanı dəstəkləmirdi, yalnız mətn göstərilib. Azərbaycanda ilk veb-sayt - “science.gov.az” 1995-ci ildə yaradılıb.
İctnews.az
Bizi sosial şəbəkələrdə izləyin !