Doktorantura və dissertanturaya qəbul başa çatdı

16:41 | 07.01.2014
Doktorantura və dissertanturaya qəbul başa çatdı

Doktorantura və dissertanturaya qəbul başa çatdı

Təhsil Nazirliyi sisteminə daxil olan ali təhsil və elmi tədqiqat müəssisələrində doktorantura və dissertanturaya sənəd qəbulu və imtahanlar başa çatıb.Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov APA-ya açıqlamasında deyib ki, yanvarın 10-da doktoranturaya qəbul olunanlar barədə ilkin məlumat açıqlanacaq. Onun sözlərinə görə, Təhsil Nazirliyi sisteminə daxil olan ali təhsil və elmi tədqiqat müəssisələrində doktorantura və dissertanturaya sənəd qəbuluna noyabrın 15-dən başlanılıb. Sənəd qəbulunun və imtahanların vaxtı hər bir ali məktəbin özü tərəfindən müəyyən edilərək həyata keçirilib: “Artıq bu proses bütün ali məktəblərdə başa çatıb.  Hazırda bütün müəssisələrindən imtahanların nəticələri, qəbul olanların sayı barədə yekun hesabatlar nazirliyə təqdim olunur. Bütün proses yanvarın 10-da yekunlaşacaq və ictimaiyyətə ilkin məlumat açıqlanacaq. Bundan sonra, boş qalan plan yerləri və onlara əlavə qəbulun aparılıb-aparılmayacağı barədə məlumat veriləcək”. Qeyd edək ki, bu il 2013-cü il üçün doktorant və dissertant hazırlığı üzrə Təhsil Nazirliyi sisteminə daxil olan ali təhsil və elmi tədqiqat müəssisələrində 900-dən çox plan yeri ayrılıb. Belə ki, fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul planının layihəsində 400, o cümlədən dövlət sifarişli 279, ödənişli 121, dissertantlıq yolu ilə hazırlıq üzrə 351, o cümlədən dövlət sifarişli 254, ödənişli 97 yer nəzərdə tutulub. Elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul planının layihəsində 69, o cümlədən dövlət sifarişli 68, ödənişli 1, dissertantlıq yolu ilə hazırlıq üzrə 93, o cümlədən dövlət sifarişli 89, ödənişli 4 yer nəzərdə tutulub. Təhsil Nazirliyi tərəfindən hökumətə təqdim edilən layihə 25 ali təhsil müəssisəsinin və 2 elmi tədqiqat institutunun (Təhsil Problemləri İnstitutu və ADNA-nın nəzdində “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi-Tədqiqat İnstitutu) 2013-cü il üzrə doktoranturaya qəbul üçün sifarişləri əsasında hazırlanıb. Elmi-pedaqoji kadr hazırlığını həyata keçirən ali təhsil müəssisələrindən 6-sı özəldir (Qafqaz Universiteti, Azərbaycan Universiteti, Odlar Yurdu Universiteti, Qərb Universiteti, Xəzər Universiteti və Avrasiya Universiteti)”. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM