Doktoranturalardan ikincisi mütləq ləğv olunmalıdır Təklif

10:45 | 29.09.2014
Doktoranturalardan ikincisi mütləq ləğv olunmalıdır Təklif

Doktoranturalardan ikincisi mütləq ləğv olunmalıdır Təklif

Ölkəmizdə təhsil sisteminin modernləşdirilməsi, çağdaş dünyanın prinsiplərinə uyğun qurulması ən aktual məsələlərdən biridir. Bu barədə müxtəlif müzakirələr aparılır, fikirlər söylənilir. Tarix üzrə fəlsəfə doktoru Vasif Qafarov ötən gün öz facebook səhifəsində bu sahə ilə bağlı öz təkliflərini bildirib. 

Həmin təklifləri ANN.Az olaraq təqdim edirik:

"Baloniyaya qoşulduq. Bakalavr və magistraturanı qəbul etdik, amma aspiranturanı da, doktoranturanı da saxladıq. Avropa təhsil sistemini özümüzə məxsus şəkildə qəbul etdik, yəni sovetdən qalma təhsil sisteminə yamadıq.

Bu gün heç kimə sirr deyil ki, magistratura pilləsində hər hansı təhsildən söhbət gedə bilməz, iki ilin sonunda da heç bir elmi yeniliyi və elmi dəyəri və əhəmiyyəti olmayan dissertasiya adında bir şey müdafiə edirlər.

Sonra 3 illik doktorantura oxuyub dissertasiya müdafiə edib olurlar fəlsəfə doktoru.

Bundan sonra da daha 3 il yenidən doktorantura oxuyurlar olurlar elmlər doktoru....

Professor olmaq üçün aşmalı olduğun baryerləri keçənə qədər yaş gəlir 60-65-i keçir.. Artıq qulaqlar yaxşı eşitmir, gözlər yaxşı görmür, sözü doğru-düzgün operativ anlaya bilmir, bir sözlə qocalıq, pensiya yaşı artıq öz sözünü deyir. Və nəticədə elm adamının potensialından istifadə edilmir, onun başı sadəcə doktoranturalara və dissertasiyalara qarışaraq ömrünü başa vurur.

Bunun üçün təklif edirəm ki, 

1. Magistratura pilləsi o qədər gücləndirilməlidir ki, o indiki doktorantura səviyyəsinə gətirilməlidir;

2. Doktoranturalardan ikincisi mütləq ləğv olunmalıdır. Bütün dünyada 1 dəfə, bizdə isə 2 dəfə müdafiə edirlər.

3. Universitetlərin qapısı bütün tələbə olmaq istəyənlərə açıq olmalıdır. Bizdə tərsinə olaraq, universitetə girmək çətin, onu bitirmək asandır. Bu, aradan qaldırılmalı, əvəzində universitetlər yenidən təşkil edilməli və dünya standartlarına gətirilməlidir. Yəni universitetə qəbul olanların 20 faizi bitirə bilsə universiteti bu, uğur hesab olunmalıdır..."

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM