Dollar 7 TL-yə yaxınlaşdı: Mərkəzi Bankda istefa…

22:17 | 30.08.2018
Dollar 7 TL-yə yaxınlaşdı: Mərkəzi Bankda istefa…

Dollar 7 TL-yə yaxınlaşdı: Mərkəzi Bankda istefa…

Türkiyədə bu gün avqustun 30-nun Qələbə bayramı günü kimi qeyd olunmasına və maliyyə birjalarının işləməməsinə baxmayaraq ABŞ dolları yenə bahalaşmaqda davam edib.
Anews.az Virtualaz.org-a istinadən xəbər verir ki, bahalaşma günün birinci yarısında nisbətən aşağı sürətlə gedib, Türkiyə milli valyutası dəyərinin daha 2.6 faizini itirib.
Günün ikinci yarısında isə Röyter agentliyi Mərkəzi Bankın sədr müavini və maliyyə siyasəti komissiyasının üzv Erkan Kilimçinin vəzifəsindən istefası barədə xəbər yayıb.
İstefanın səbəbi açıqlanmır, amma bu xəbərin təsiri ilə dolların bahalaşması sürətlənib. 1 ABŞ dollarının məzənnəsi 6.8 TL-ni keçib. Daha sonra məzənnə cüzi geriləsə də dolların bahalaşması tendensiyası qalmaqdadır

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM