Dollar krediti olanlara — ŞAD XƏBƏR

15:07 | 27.05.2019
Dollar krediti olanlara — ŞAD XƏBƏR

Dollar krediti olanlara — ŞAD XƏBƏR

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın icrasının təmin edilməsi məqsədilə Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğvetməsində olan banklarda vaxtı keçmiş kredit borclarının restrukturizasiyası üçün vətəndaşların ərizələri qəbul olunur,  bu barədə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun məlumatında bildirilib. 

Qeyd olunub ki, ləğv prosesində olan QSC "Bank Standard” KB, "Texnikabank” ASC, "Dəmirbank" ASC, "Dekabank" ASC, "Yunayted Kredit Bank" ASC, "Qafqaz İnkişaf Bankı" ASC, "Kredobank" ASC, "Atrabank" ASC, "Zaminbank” ASC, "Bank of Azerbaijan" ASC, "Royalbank" ASC, "Gəncəbank" ASC, "Azərbaycan Kredit Bankı” ASC, "Evrobank” ASC, "Birlikbank” ASC, "Debütbank” ASC və "Borçalı" KB-nin müştəriləri ləğv prosesində olan "Dəmirbank” ASC-nin Bakı şəhəri, Qarabağ küçəsi, 31, ünvanında yerləşən "Əməliyyat İdarəsi” filialına vaxtı keçmiş kredit borclarının restrukturizasiyası ilə bağlı müraciət edə bilərlər. 
Əlavə məlumat almaq üçün əlaqə nömrələri: 
(012) 444-71-71 (daxili: 500). 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb