"APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) fevralın 25-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkədə dolların rəsmi məzənnəsi 1,0502 manat səviyyəsində müəyyən edilib. Xatırladaq ki, fevralın 21-dən 24-dək 1 dollar 1,0500 manat idi. Ötən gün isə 1 dollar 1,0501 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0008 manat və ya 0,07% bahalaşaraq 1,1914 manat olub. Qeyd edək ki, son 3 gün ərzində 1 avro 1,1950 manat olub. Ötən gün isə 1 avro 1,1906 manat idi.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !