Azərbaycanda dolların bahalaşıb, avro ucuzlaşıb
Bu gün noyabrın 4-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.
"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 5-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi noyabrın 4-ü ilə müqayisədə 0,0004 manat və ya 0,4% artaraq 1,0499 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,008 manat və ya 0,7% azalaraq 1,1412 manata enib.
Manata nəzərən Rusiya rublu isə 0,0002 manat və ya 1,19% azalaraq 0,0166 manat səviyyəsində qərarlaşıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !