Dollarla bağlı çox vacib xəbər - Bizi nə gözləyir?

10:55 | 12.09.2017
Dollarla bağlı çox vacib xəbər - Bizi nə gözləyir?

Dollarla bağlı çox vacib xəbər - Bizi nə gözləyir?

ABŞ Federal Ehtiyat Sistemi (FED) yenidən uçot dərəcəsini 0%-ə endirə  və monetar ekspansiyaya başlaya bilməsi xəbərindən sonra digər aparıcı valyutaların, o cümlədən milli pulun kursunun və eləcə də strateji məhsulların qiymətinin necə dəyişəcəyi məsələsi daha da aktuallaşıb. Bu baş verərsə nələr dəyişəcək?  

Metbuat.az bildirir ki, bununla bağlı açıqlama verən iqtisadçı Vüqar Bayramov bildirir ki, Tramp Administrasiyası ABŞ-ın ixrac imkanlarının genişləndirilməsi üçün dolların ucuzlaşmasında maraqlıdır:

"Ağ Ev "xarici ticarət savaşında” ucuz dollar ilə ixrac həcmini artırmaq və Birləşmiş Ştatlara idxalın həcmini azaltmağı hədəfləyir. FED-in uçot stavkasının sıfırlanması fonunda dolların aparıcı valyutalara nisbətən ucuzlaşması baş verərsə, o zaman qızıla tələbin artması müşahidə ediləcək. Bir tərəfdən ucuz dollar strateji məhsul olan qızılın qiymətini yüksəldə, digər tərəfdən isə qlobal valyuta bazarındakı qeyri-müəyyənlik bu qiymətli metala marağı artıra bilər. Son 6 ayda dünya bazarında qızılın qiyməti 10.6 faiz artaraq, bir unsiyası 1326 dollara çatıb. Bu qızılın hər qramının qiymətinin dünya bazarında artıq 43 dollara yaxınlaşması deməkdir. Amma digər tərəfdən, məhz həmin müddətdə dollar avro nisbətən təxminən eyni səviyyədə ucuzlaşıb. Bu isə o deməkdir ki, qızılın avro ifadəsində qiyməti son 6 ayda nəinki artıb, əksinə 1.3 faiz aşağı düşüb. Deməli, qızılın dirçəlməsi daha çox dolların ucuzlaşması ilə bağlıdır. Belə olan halda isə uçot stavkasının sıfırlanması qızılın dollar ifadəsində qiymətini artıra bilər”.

İqtisadçı əlavə etdi ki, avronun məzənnəsi birbaşa Avropa Mərkəzi Bankının (AMB) reaksiyasından, o cümlədən AMB-nin gələn ay keçirilən yığıncağında qəbul edilən qərarlardan asılı olacaq:

"2017-ci ildə avro-zonada bondların yerləşdirilməsi müddəti başa çatır və yeni emissiyanın necə və hansı formada olması ilə bağlı Avropa Mərkəzi Bankı qərar verməlidir. Sentyabrın 9-da Avropa Mərkəzi Bankı uçot stavkasının dəyişdirilməməsi barədə qərar qəbul edib. Praktik olaraq, avropalılar da ixarcda müqayisəli üstünlüklərini itirməmək üçün bahalı avroda maraqlı görsənmirlər. Bununla belə, uçot stavkasının sıfırlanması avronun müəyyən dəyər qazanmasına gətirib çıxara bilər. Bu halda onun hansı səviyyəyədək davam edə bilməsi isə birbaşa Avropa Mərkəzi Bankı qərarlarından asılı olacaq”.

Vüqar bayramov sonda qeyd etdi ki, uçot stavkasının sıfırlanmasının manata birbaşa təsir edəcəyi gözlənilmir:

"Belə görsənir ki, Azərbaycan Mərkəzi Bankı manatın kəskin bahalaşmasında maraqlı deyil. Əks halda, hərraca çıxarılıb və satılmayan dollarlar manatı bahalaşdırardı. Mərkəzi Bank indiki halda manatın mövcud məzənnədən çox dəyər qazanmasına imkan vermir və bu siyasətin davam edəcəyi də gözləniləndir. Çünki optimal kurs qeyri-neft ixracatının stimullaşdırılması baxımından çox vacibdir.

Bununla belə, FED-in uçot stavkasının sıfırlanması baş versə də, yenə də idxal məqsədi ilə digər inkişaf etməkdə olan ölkələrdə olduğu kimi Azərbaycanda da dollara tələb qalacaq”.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM