Dollarla olan əmanətlərin yarısından çoxu sığortalandı

17:26 | 27.07.2015
Dollarla olan əmanətlərin yarısından çoxu sığortalandı

Dollarla olan əmanətlərin yarısından çoxu sığortalandı

Azərbaycanda sığortaolunan əmanətçilərin sayı 6 444 188 (90%) nəfərdir. 

Oxu.Az Əmanətlərin Sığortalanması Fonduna (ADİF) istinadla xəbər verir ki, sığortalanan əmanətlərin 69%-i ABŞ dollarının, 27%-i manatın, 4%-i avronun payına düşüb. 

Qeyd edək ki, 2015-ci il fevralın 24-dən etibarən qorunan əmanətlərin illik faiz dərəcəsinin maksimal həddi 12%-dir.

24 fevral tarixinədək iştirakçı banklarda illik maksimum 12%-lə qəbul olunmuş əmanətlər də 24 fevral 2015-ci il tarixdən etibarən sığortalanan əmanət hesab olunur.

"Bu faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilən əmanətlər sığortalanmır və bu əmanətlərə görə kompensasiya ödənilmir” - deyə, fond bildirib. 

Məlumat üçün bildirək ki, Əmanətlərin Sığortalanması Fonduna üzv olan bir və ya bir neçə bankda sığorta hadisəsi baş verdiyi zaman Fond tərəfindən sığortalanan əmanətlərə görə əmanətçiyə hər bir sığorta hadisəsi üçün 30 000 manat məbləğində kompensasiya ödənilir.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, 2015-ci ilin 6 ayın yekunlarına görə fiziki şəxslərin cəmi əmanətləri 7 milyard 561 mln. manat təşkil edib. Fiziki şəxslərin əmanətləri ümumilikdə 884 milyon manat (13,2%) artıb. Kompensasiya olunan əmanətlər isə 437 milyon manat (25,9%) artaraq 2 milyard 122 milyon manat olub ki, bu da ümumi əmanətlərin 28%-ni təşkil edir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti