Dominikada baş verən fırtına nəticəsində 35 nəfər ölüb

10:37 | 29.08.2015
Dominikada baş verən fırtına nəticəsində 35 nəfər ölüb

Dominikada baş verən fırtına nəticəsində 35 nəfər ölüb

 Karib dənizində yerləşən Dominika dövlətində "Erika” fırtınası 35 nəfərin həyatına son qoyub.
 
APA-nın "Prensa Latina” agentliyinə istinadən verdiyi məlumata görə, xilasedicilər torpaq sürüşməsi baş vermiş Petit-Savanna yaşayış məntəqəsində 27 nəfərin cəsədini aşkar ediblər.
 
Məlumata əsasən, təbii fəlakət nəticəsində adanın 80% ərazisi elektrik enerji və içməli susuz qalıb, ölkənin hava limanı daşqın səbəbindən bağlanıb. Adanın bir sıra yaşayış məntəqələri və yolları su altında qalıb. Dominikanın cənub-şərqində yerləşən Pti-Savanna kəndi isə  təbii fəlakət nəticəsində ətraf aləmdən tamamilə təcrid olub.
 
Qeyd edək ki, avqustun 28-də ABŞ-ın Florida ştatının qubernatoru Rik Skott "Erika” fırtınasının yaxınlaşması ilə əlaqədar ştatda fövqəladə vəziyyət rejimi tətbiq edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti