Donald Tramp "Harvi"nin vurduğu zərərdən danışdı

19:40 | 30.08.2017
Donald Tramp

Donald Tramp "Harvi"nin vurduğu zərərdən danışdı

ABŞ prezidenti Donald Tramp "Harvi" qasırğasının vurduğu zərərin aradan qaldırılması üçün rekord məbləğ lazım gələcəyini bildirib. 

anews.az-ın məlumatına görə, bu barədə Report xarici KİV-ə istinadən xəbər verir.

"Bəlkə də, ölkəmizin tarixində "Harvi" kimi qəddar, çox xərc tələb edən təbii fəlakət olmayıb", - ABŞ lideri təbii fəlakətin baş verdiyi Texas ştatına səfəri zamanı vurğulayıb. O, qasırğanı "dəhşətli fəlakət" adlandırıb və heç kəsin indiyə qədər bu miqdarda su görmədiyini əlavə edib.

Qeyd edək ki, Texasda "Harvi" qasırğasının yaratdığı leysan yağışlar və daşqınlar nəticəsində 30 nəfər həlak olub.

ABŞ mediası yazıb ki, mütəxəssislərin hesablamalarına görə, zərər təqribən 30 milyard dollardır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM