Donald Tramp : “Suriya nefti ilə nə istəsək, edəcəyik”

16:43 | 03.12.2019
Donald Tramp : “Suriya nefti ilə nə istəsək, edəcəyik”

Donald Tramp : “Suriya nefti ilə nə istəsək, edəcəyik”

ТАСС аgentliyinin məlumatına görə,  ABŞ Prezidenti Donald Tramp alyansın London sammiti öncəsi Natonun Baş Katibi Yens Stoltenberq ilə görüşündən sonra açıqlayıb ki, onun ölkəsi Suriyanını neft yataqlarını "İslam dövlətinə” qalib gəlmək üçün nəzarətə götürüb. İndi isə neftlə istədiklərini edə bilərlər.
 
D.Tramp əlavə edib ki, "İslam dövləti” neft üzərində nəzarəti saxlamağa cəhd edib. Lakin müvəffəq ola bilməyib. Bu məsələdə ABŞ əhəmiyyətli sayda qüvvələrin dəstəyini alır. Böyük ehtimalla, bölgədə saxlanılan yeganə hərbi qüvvə nefti mühafizə etmək üçün saxlanılacaq.
 
Tərcümə: Cavid Zahidoğlu   
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti