Donbasda qurulan seperatçı respublikanın rəhbərliyi həftə sonuna Krıma kömür ixracına hazır olduqlarını açıqlayıb. Söhbət təxminən 60 min ton kömürdən gedir. Bu qədər kömür Krıma payız-qış mövsümünə lazımdır. Ekspertlər əmindir ki, Krıma kömürün çatdırılması Novorossiysk dəniz yolu ilə çatdırılacaq və bunun heç bir hüquqi əsası yoxdur.
Bu barədə qondarma Donetsk Xalq Respublikasının Yanacaq və Energetika naziri Aleksey Qronovski məlumat verib. Onun sözlərinə görə Krımla artıq razılaşma əldə olunub. Nazir nəql olunacaq kömürün həcmi barəsində bir söz deməyib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !