Donbasa Rusiya qoşunlarının yeridilməsi ehtimalı böyüyür - Müsahibə

16:43 | 21.04.2014
Donbasa Rusiya qoşunlarının yeridilməsi ehtimalı böyüyür - Müsahibə

Donbasa Rusiya qoşunlarının yeridilməsi ehtimalı böyüyür - Müsahibə

"Penta" (Kiyev, Ukrayna) siyasi tədqiqatlar Mərkəzinin rəhbəri Vladimir Fesenko ANNET.Az saytına müsahibə verib. Müsahibəni oxuculara təqdim edirik:- Hazırda Ukraynanın cənub-şərqində vəziyyət necədir?- Bəzi cənub-şərq regionlarında, xüsusən də Donbas və Xarkovda böhranlı vəziyyətdir. Son günlər böhran daha da kəskinləşib. Mənə elə gəlir ki, artıq vəziyyət rəsmi Kiyevin və yerli elitanın da nəzarətindən çıxıb. Öz növbəsində Rusiya da bu regionlarda vəziyyətin qeyri-sabit olmasına çalışır.- Sizcə, yaxın vaxtlarda biz hansı Ukraynanı görəcəyik: cənub-şərqi region Rusiya Federasiyasının tərkibinə daxil olacaqmı?- Dövlət quruluşunun unitar formasının formal saxlanması ilə mərkəzsizləşdirmə olacaq. Əgər federallaşdırma olsa belə, (bu, hələ ki, ağlasığmazdır), onda yumşaq formada yarana bilər, konfederasiya formasında yox. Rusiya da faktiki olaraq belə təklif edir. Donbasın Rusiya Federasiyası tərkibinə daxil olmaqdan daha çox Donetks və Luqans respublikaları formasında müstəqil olması ehtimalı böyükdür. Bütün bunlara baxmayaraq federasiya da mümkündür.- Rusiyanın öz qoşunlarını Ukrayna ərazisinə yeritməsi ehtimalı nə dərəcədə realdır?- Donbas və digər şərqi Ukrayna regionları ərazisinə Rusiya qoşunlarının yeridilməsi ehtimalı böyükdür və Dobasda, Xarkovda vəziyyətin kəskinləşməsi ilə əlaqədar olaraq, bu ehtimalın real olacağını proqnozlaşdırıram.- Bəs Ukraynada iqtisadi vəziyyət necədir?- Mürəkkəbdir, amma faciəli deyil. Mağazalarda boş rəf yoxdur, amma dollara və avroya nisbətdə qrivnanın əhəmiyyətli dərəcədə devalvasiyası ilə əlaqədar olaraq ölkə əhalisinin çox hissəsinin həyat səviyyənin düşməsinin təhlükəli tendensiyası haqqında danışmaq olar. Kommunal tariflərin artımı öz təsirini bir müddətdən sonra həyat səviyyəsinə göstərəcək. Maaşların və pensiyaların ləngiməsi elə əvvəlki kimidir və bu problem regional ölçüdə görünəcək. Əgər yaxın vaxtlarda Beynəlxalq Valyuta Fondundan və Avropa Birliyindən makroiqtisadi yardım alınacaqsa, o zaman valyuta kursu ilə əlaqədar vəziyyət sabitləşə bilər.- Ukrayna prezidentliyinə namizədlərdən dövlət başçısı kreslosuna oturmağa ən yüksək şansı olan kimdir? Bu barədə nə fikirləşirsiniz?- Hazırda Pyotr Poroşenkonun şansı böyükdür. Sosioloji sorğunun məlumatına görə, rəyi soruşulan seçicilərdən təxminən 28 faizi ona səs verməyə hazırdır, Yuliya Timoşenkoya isə ikinci yeri tutur - 13 faiz.- Ukrayna milli diasporalarının fəaliyyətini necə qiymətləndirmək olar? Onların fəaliyyət istiqamətləri hansı yöndədir?- Diasporaların mövqeyinə müvafiq ölkələrin rəhbərliyinin mövqeyi təsir göstərir. Bir qayda olaraq, diasporalar sülh və sabitliyi dəstəkləyir, çünki istənilən münaqişələr və parçalanmalar milli azlıqlar üçün risklər yaradır.Həmid HəmidovANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM