Ukraynada keçirilən mitinqdə iğtişaşlar yaşanıb. ANS PRESS-in məlumatına görə, Ukraynanın birliyi üçün təşkil olunmuş mitinqdə etirazçılar qanlı davaya çıxıblar. Rusiya lehinə şüarlar səsləndirən bir kütlə digər tərəfə petarda ataraq gözyaşardıcı qazdan istifadə edib. "Rusiya, Rusiya" deyə şüarlar səsləndirən radikal etirazçılar polis maneəsini aşaraq Ukrayna tərəfdarlarına hücum çəkməyə çalışıblar. Sonda onlar Ukraynanın birliyi üçün meydana çıxan aksiya iştirakçılarını diz üstə çökməyə məcbur ediblər. Rusiyameyilli qüvvələr milis avtobusuna hücum çəkərək şüşələri sındırıblar. Ölənlərdən birinin "Azadlıq" partiyasının yerli şöbəsinin mətbuat katibi Dmitri Çernyayevski oluğu bildirilir. Aksiya nəticəsində 3 nəfər ölüb, 50 nəfər isə müxtəlif dərəcədə xəsarət alıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !