Türkiyənin İstanbul şəhərində İnkişaf Tibb Laboratoriyaları bu ilin ilk üç ayında qrip şikayəti ilə müraciət edən xəstələdə donuz qripi aşkarlandığını açıqlayıb.
İnfeksiya xəstəlikləri və klinik mikrobiologiya mütəxəssisi Paşa Göktaş bildirib ki, ölkədə donuz qripi epidemiya halında olmasa da, getdikcə artır. O qeyd edib ki, qış və yaz aylarında donuz qripi artıb. O, vəziyyətin nəzarətdə olduğunu da vurğulayıb. Həmçinin, bildirib ki, yüksək hərarət olduğu halda, mütləq həkimə müraciət etmək lazımdır.
Səhiyyə naziri Mehmet Müəzzinoğlu 2 gün əvvəlki açıqlamasında donuz qripindən ölənlərin sayınən 30 olduğunu bildirərək demişdi: "Qrip epidemiyası səbəbindən ümumi qeydə alınan fakt sayı bu gün etibarilə 39-dur. Tədqiq etdiyimiz hallardan 366-da H1N1 təsbit edilib.
Bunlardan 5-i influenza B virisü, 4-ü H3N2 və 30-u isə H1N1 virusudur".
Musavat.com
Bizi sosial şəbəkələrdə izləyin !