Doqquz ayda nə qədər sığorta haqqı yığılıb? - Rəsmi

12:23 | 23.10.2024
Doqquz ayda nə qədər sığorta haqqı yığılıb? - Rəsmi

Doqquz ayda nə qədər sığorta haqqı yığılıb? - Rəsmi

2024-cü ilin doqquz ayında ölkədə 23,707 milyon manat sığorta haqqı yığılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,4% çoxdur.  Bu barədə Mərkəzi Bankdan bildirilib. 
 
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 553,746 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 38,3 % çoxdur.
 
Azərbaycanda hazırda 17 sığorta şirkəti fəaliyyət göstərir. 
 
2023-cü ildə Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 1 milyard 222,537 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2022-ci ilə nisbətən 25,9 % çoxdur.
 
Bundan əvvəl Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Ziya Əliyev bildirib ki, 2024-cü ildə Azərbaycanın sığorta bazarında 10-15 % artım gözlənilir. 
 
Aytac 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM