Doğulan uşaqların sayı ildən ilə azalır - Deputat

11:22 | 27.11.2024
Doğulan uşaqların sayı ildən ilə azalır - Deputat

Doğulan uşaqların sayı ildən ilə azalır - Deputat

Ölkədə doğulan uşaqların sayının azalması aztəminatlı ailələrlə bağlı yeni mexanizmin yaradılmasını zəruri edir. Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. 
 
"Doğulan uşaqların sayı ildən-ilə azalır. Təxminən son bir ildə 6 minə yaxın uşaqların sayında azalma var. BUnları nəzərə alıb aztəminatlı ailələrlə bağlı yeni mexanizm yaradılmalıdır", - deputat  Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Ceyhun Məmmədov deyib.
 
Deputat həmçinin təklif edib ki, sağlamlığını itirən vətəndaşların müayinə sistemini təkmilləşdirmək lazımdır. Eyni zamanda dəfn pulu ilə bağlı məsələnin elektronlaşması vacibdir. 
 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM