Doğum Evinin baş həkimi nazirliyə çağrıldı

13:20 | 20.12.2013
Doğum Evinin baş həkimi nazirliyə çağrıldı

Doğum Evinin baş həkimi nazirliyə çağrıldı

"5 saylı Doğum Evində baş verən ana ölümü hadisəsi Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyası tərəfindən araşdırılacaq. İndidən hadisənin həkimin günahı ucbatında baş verib-vermədiyini söyləmək mümkün deyil. Bu barədə tibbi ekspertizanın rəyindən sonra bir fikir söyləmək olar".Bu sözləri Movqe.az-a açıqlamasında Səhiyyə Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli 5 saylı Doğum Evində qeysəriyyə əməliyyatı ilə aparılan doğuşdan sonra Z. Göyüşovanın ölümünə münasibət bildirərkən söyləyib. Sayt hadisənin baş verdiyi doğum evi ilə də əlaqə saxlayıb. Lakin 5 saylı Doğum evinin baş həkimi Xədicə Əhmədovanın və əməliyyatı aparan həkimin Səhiyyə Nazirliyinə çağırıldığını bildiriblər. 5 saylı doğum evinin şöbə müdiri Rita İbrahimovanın isə hazırda əməliyyatda olduğu bildirilib. Doğum Evindən əməliyyatı aparan həkimin adını da açıqlamaqdan imtina ediblər: "Hazırda baş həkim də, əməliyyatı aparan həkim də Səhiyyə Nazirliyindədir. Səhər saatlarında onların hər ikisi nazirliyə çağırılıb. Bizdə isə başqa bir məlumat yoxdur. Yalnız onu bildirə bilərik ki, Qaradağ rayonundan ağır vəziyyətdə olan hamilələr bizim Doğum Evinə gətirilir. Z. Göyüşova da bura gətiriləndə vəziyyəti ağır olub. Qaradağ rayonunda xəstə elə vəziyyəti ağır olduğundan qəbul edilməyib.Ətraflı baş həkim nazirlikdən gəldikdən sonra məlumat ala bilərsiniz. Biz həkimin adını da söyləyə bilmərik". ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM