Yeni doğulan körpəsini itirən özü isə komaya düşən Esmira Ocaqverdiyevanın səhhəti barədə xəbər var
Ötən ay doğum sancıları ilə xəstəxanaya aparılan 34 yaşlı Migəçevir sakini Esmira Ocaqverdiyevanın səhhətində irəliləyiş var.
Milli.Az xəbər verir ki, bu barədə Mingəçevirdən olan millət vəkili Aydın Mirzəzadə öz Facebook profilində yazıb.
Bu gün xəstənin səhhəti ilə maraqlandığını yazan deputat vurğulayıb ki, Ocaqovanın vəziyyəti yaxşılığa doğru irəliləməkdədir:
"Mingəçevir mərkəzi Şəhər Xəstəxanasının baş həkiminin müavini bildirdi ki, xəstənin müalicəsi üçün bütün imkanlardan istifadə edilir. Xəstənin daxili orqanları tam işləyir, adını çağıranda gözünü açır, deyəndə əl barmaqlarını tərpədir. Yaxın zamanlarda tam ayılmağı gözlənilir.
Xəstənin müalicəsi ilə Bakıdan xüsusi olaraq xəstə üçün gəlmiş təcrübəli reanimatoloq məşğul olur.
Birinci günlər xəstənin qohumları narahatçılıqla gündə bir neçə dəfə mənə zəng edirdilərsə, axırıncı dörd gündür zəngləri yoxdur. Hesab edirəm ki, bu, onların müalicəyə inamlarından irəli gəlir".
Xatırladaq ki, Esmira Ocaqverdiyevanın körpəsi doğuş zamanı ölüb.
Doğuşdan sonra isə qadında kəskin qanaxma baş verib və xəstə əməliyyat edilib. Ancaq buna baxmayaraq, qadın komaya düşüb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !