• $
  • €
  • ₽
  • ₺
  • £

Doğuş zamanı ölən ananın həkimindən - Açıqlama

Doğuş zamanı ölən ananın həkimindən - Açıqlama
25.10.2014 19:45
Lənkəran Mərkəzi Xəstəxanasının doğum şöbəsində baş verən ana ölümünün bəzi təfərrüatları məlum olub. 
ANN.Az anspress-ə istinadən xəbər verir ki, baş həkimin müavini Əbülfət Məmmədov açıqlamasında Xoşqədəm Yədulla qızı Məmmədovanın xəstəxanaya olduqca ağır vəziyyətdə gətirildiyini bildirib: 
“Üzərində 2 dəfə cərrahiyyə əməliyyat keçirilsə də cəhdlərimiz nəticəsiz qaldı. Ilkin səbəbə görə belə fikirləşmək olar ki, xəstənin çox güman ki, tromboembaliyası olub. Keyser əməliyyatından sonra adətən izah olunur ki, ən azı 3 il fasilədən sonra təkrar hamiləliyə icazə verilir. 2-ci keyser əməliyyatından sonra umumiyyətlə hamiləliyə icazə verilmir. Qadın 3-cü dəfə keyser əməliyyatı olunub və məsələ belə sonluqla bitib”. 
Zərərçəkən tərəfin münasibətini öyrənmək üçün mərhumun yaşadığı Astara rayonun Ərçivan qəsəbəsində olduq. çəkilişə heç vəchlə icazə verməyən mərhumun yaxınları həkimlərdən şikayətçi olmadıqlarını, qadını həyata qaytarmaq üçün 2 gün ərzində bütün imkanlardan istifadə etdiklərini dedilər. Onlar 3-cü dəfə dünyaya uşaq gətirmək istəyən Xoşqədəmin səhhətində problemlərin olduğunu, bu səbəbdən ikinci körpəsinin doğuş zamanı tələf olduğunu gizlətmədilər.
Ana ölümün dəqiq səbəbləri isə Səhiyyə Nazirliyi nəzdində yaradılmış komissiyanın araşdırmasından sonra məlum olacaq.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu
Cəmiyyət 12:27
Sabahın hava proqnozu
Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb, sürücü ölüb
Cəmiyyət 12:00
Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb, sürücü ölüb
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib
Cəmiyyət 10:36
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
Cəmiyyət 08:50
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
Cəmiyyət 18:03
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Cəmiyyət 15:13
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 13:13
Sabahın hava proqnozu açıqlanıb
Yol polisi sürücüləri yağışlı və dumanlı hava şəraitində ehtiyatlı olmağa çağırıb
Cəmiyyət 11:55
Yol polisi sürücüləri yağışlı və dumanlı hava şəraitində ehtiyatlı olmağa çağırıb
Bəzi ərazilərdə güclü leysan olub, şimşək çaxıb
Cəmiyyət 11:40
Bəzi ərazilərdə güclü leysan olub, şimşək çaxıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol