Doğuş zamanı ölən əkizlərin həkimi danışdı

15:00 | 18.03.2014
Doğuş zamanı ölən əkizlərin həkimi danışdı

Doğuş zamanı ölən əkizlərin həkimi danışdı

Cəlilabad rayonunda doğuş zamanı əkiz uşaqların ölməsi ilə əlaqədar olaraq rayon mərkəzi xəstəxanasından açıqlama veriblər. Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının baş həkimi ANS PRESS-ə açıqlamasında uşaqlar xəstəxanaya gətirlən zaman birinin öldüyünü digərinin isə ölümcül vəziyyətdə olduğunu deyib: “Bizə gəlib çatana qədər uşaqlardan biri ölüb, digəri isə ölümcül vəziyyətdə olub. Biz əməliyyat edib uşağı götürmüşük, xəstə indi də palatadır. İndi onun vəziyyəti ilə əlaqədar olaraq Bakıdan həkimlər dəvət etmişik. Onların 10 il uşaqları olmayıb. Müalicə ilə uşağa qalıb". Baş həkim bildirib ki, ana sağlam olmayıb. "O xəstə anadır. Risk qrupuna daxil olanlarda belə hadisələr tez-tez baş verir. Bu dəqiqə onun təziqi 170-100-dir. Təziq yüksələn kimi risk artır və xəstə qan axmadan ölür. Biz ananı ölməyə qoymadıq. Xəstənin təziqi düşmədiyi üçün Bakıdan həkimlər dəvət etmişik. Bakıdan iki maşın həkim gəlir. Qadının vəziyyəti stabildir”.Qeyd edək ki, 1989-cu il təvəllüdlü Gülnarə Şəmiyeva doğuşla əlaqədar Cəlilabad Mərkəzi Xəstəxanasına gətirilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM