ANN.Az xəbər verir ki, katolik dünyasının dini lideri Papa Fransisko "bəziləri yaxşı katolik olmaq üçün dovşan kimi çox sayda uşaq dünyaya gətirməyi lazım bilir" - deyərək bu kimi düşüncələrə qarşı çıxdığını ifadə edib və hər bir ailədə ən çoxu 3 uşağın tərbiyə olunmasını vacib sayıb. Onun sözlərinə görə, hər bir valideyn himayə, tərbiyə və yetişdirə biləcəyi qədər uşaq dünyaya gətirəli və bunun məsuliyyətini dərindən anlamalıdır.
Papa kilsədə bunun bağlı mütəxəssislərin olduğunu bildirib və bu mövzunun Sinod Məclisində davam edəcəyini qeyd edib.
Bundan əlavə papa jurnalistlərin Romaya gələn Tibetin sürgündəki ruhani lideri Dalay Lama ilə nə üçün görüşmədiyi sualını cavablandırıb. O, Çindən çəkindiyi üçün Dalay Lama ilə görüşmədiyi fikrini təkzib edib. Romaya beynəlxalq tədbirlərə qaılmaq üçün gələn heç bir dövlət başçısı, yaxud yüksək rütbəli şəxslərlə Vatikan dövlət ənənələri çərçivəsində qəbul edilmədiyini vurğuıayan Papa Fransisko Çin dövlətinə və çinlilərə böyük hörmətlə qarşıladığını, hər bir zaman Çinə səfər etməyə hazır olduğunu deyib.
O, 2015-ci ildə ABŞ-a, Ekvadora, Boliviyaya, Paraqvaya səfər edəcəyini. 2016-cı il üçün isə Argentina, Uruqvay və Çili kimi ölkələrə səfər proqramı nəzərdə tutulduğunu bildirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !