Mingəçevir Dövlət Dram Teatrının kollektivi məktəblilərin qış tətilinin səmərəli keçməsi üçün yeni tamaşa hazırlayır.Teatrın direktoru Həsən Həsənov AzərTAc-a bildirmişdir ki, “Qar qızı kim oğurladı” adlı yeni tamaşa dekabrın 20-dən başlayaraq hər gün teatrın səhnəsində balacalara təqdim olunacaqdır. Məktəblilər əvvəlcə teatrın foyesində keçirilən Yeni il şənliklərinin qonağı olacaqlar.Şaxta baba və Qar qız, klounların şousu, səsləndirilən şən musiqilər və hədiyyələr uşaqlara əsl bayram əhval-ruhiyyəsi bəxş edəcəkdir. Sonra məktəblilər teatrın tamaşa salonuna keçərək “Qar qızı kim oğurladı” tamaşasına baxacaqlar.Yanvarın 1-dək təqdim olunacaq tamaşanın və Yeni il şənliyinin biletləri artıq satışdadır. Ümumilikdə 3 minə yaxın məktəblinin Yeni il proqramında iştirak edəcəyi gözlənilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !