• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Dörd ayda sənaye məhsulu istehsalı azalıb

Dörd ayda sənaye məhsulu istehsalı azalıb
13.05.2024 12:25
 2024-cü ilin yanvar-aprelində sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 21,1 milyard manatlıq sənaye məhsulu istehsal edilib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 milyard manat azdır. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
 
Bildirililib ki, ötən ilin eyni dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı 0,2% azalıb, qeyri-neft sektorunda isə 8,7% artıb. 
 
Sənaye məhsulunun 64,6 %-i mədənçıxarma sektorunda, 29,3 %-i emal sektorunda, 5,3 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilib. 

2024-cü ilin yanvar-aprelində mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,7% azalıb, əmtəəlik qaz hasilatı 4,3% artıb.

Eyni zamanda emal sektorunda metallurgiya sənayesi məhsullarının istehsalı 55,0 %, tikinti materiallarının istehsalı 44,6 %, mebel istehsalı 36,4 %, kompüter, elektron və optik məhsulların istehsalı 31,3 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 30,5%, içkilərin istehsalı 27,5 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 25,2 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 22,5%, tütün məmulatlarının istehsalı 19,2 %, geyim istehsalı 19,1%, elektrik avadanlıqlarının istehsalı 17,7 %, hazır metal məmulatlarının istehsalı 12,6%, kimya sənayesi məhsullarının istehsalı 8,6 %, əczaçılıq məhsullarının istehsalı 6,4%, neft məhsullarının istehsalı 5,3 %, qida məhsullarının istehsalı 0,7 %, kağız və karton istehsalı 0,4 % artmış, toxuculuq sənayesi məhsullarının istehsalı 8,6 %, poliqrafiya məhsullarının istehsalı 8,6 %, ağacın emalı və ağacdan məmulatların istehsalı 11,2%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 13,9%, maşın və avadanlıqların istehsalı 16,8%, sair nəqliyyat vasitələrinin istehsalı 27,3%, sair sənaye məhsullarının istehsalı isə 59,8 azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 4,6 azalıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 8,2 % artıb.
 
Aygün

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
Cəmiyyət 21:05
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Cəmiyyət 19:00
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Cəmiyyət 17:45
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Mingəçevirdə Kürdə iki kater toqquşub, yaralılar var - Yenilənib
Cəmiyyət 17:12
Mingəçevirdə Kürdə iki kater toqquşub, yaralılar var - Yenilənib
Bərdədə polis tərəfindən 5 kiloqram narkotik aşkarlanıb
Cəmiyyət 15:06
Bərdədə polis tərəfindən 5 kiloqram narkotik aşkarlanıb
Zaqatalada yol qəzası baş verib, ölən var
Cəmiyyət 14:26
Zaqatalada yol qəzası baş verib, ölən var
Türkiyəyə qar yağıb - Video
Cəmiyyət 13:46
Türkiyəyə qar yağıb - Video
Sabahın hava proqnozu
Cəmiyyət 13:00
Sabahın hava proqnozu
Astarada yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Cəmiyyət 12:57
Astarada yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol