Azərbaycanda özəl qeyri-neft-qaz sektorunda son 5 ildə 350 minə yaxın yeni iş yeri yaradılıb. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
"Son 5 ildə əldə etdiyimiz nəticələrdən biri qeyri-neft-qaz sektorunda yerlərinin yaradılçasına yönəlmiş xüsusi dövlət dəstək proqramları və tədbirləridir. Bunun nəticəsində 2019-cu ilin əvvələrindən bu yana son 5 ildə özəl qeyri-neft qaz sektorunda 350 minə yaxın yeni iş yeri yaradılıb. Bu orta hesabla ildə 70 min iş yerinin yaradılması deməkdir", - noyabrın 15-də Dayanıqlı maliyyə və investisiya mövzusunda ll Bakı Forumunda çıxışı zamanı nazir söyləyib.
Cabbarov qeyd edib ki, hazırda ölkədə 683 mindən çox insan sahibkarlıq fəaliyyəti ilə məşğul olur.
"DİM-lərin icrasına dövlət sektoru ilə yanaşı özəl sektorun cəlb edilməsi olduqca vacibdir. Azərbaycanda özəl sektora müxtəlif dövlət dəstəyi mexanizmləri tətbiq edilir. Azad rəqabət mühitinin təkminləşdirilməsi inzibati prosedurların sadələşdirilməsi vergi və gömrük güzəştləri, subsidiyalar və digər tədbirlər həyata keçirilir. Bunun nəticəsi olaraq ölkədə biznes fəaliyyəti geniş miqyas alıb. Hazırda ölkədə aktiv şəkildə sahibkarlıq fəaliyyəti ilə məşğul olanlarım sayı 683 mindən çoxdur. Özəl bölmənim ÜDM-də payı 86% üstündədir, məşğulluq payı isə 78%-dən çoxdur" , - o əlavə edib.
Onun sözlərinə görə, büdcə xərc maddələrinin DİM hədəfləri ilə ilk dəfə əlaqələndirməsi onu göstərir ki, 2022-ci ildə dövlət icmalı büdcəsinin ümumilikdə 80%-dən çoxu Dayanıqlı İnkişaf məqsəd və hədəfləri ilə əlaqələndilir və bu say 2022-ci il üzrə ÜDM-in təxminən 23%-inə bərabərdir.
Aygün Mirakif
www.anews.az

Bizi sosial şəbəkələrdə izləyin !