"Qalatasaray"ın futbolçusu Didye Droqba İstanbul klubu ilə yalnız iki şərtlə müqaviləni yeniləyə bilər.Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, Fildişi sahilli hücumçu rəhbərlikdən sözləşməsini uzadacağı təqdirdə, gəlirinin azaldılmasını istəmir. Bununla yanaşı, əgər "Cim-Bom" Çempionlar Liqasında finala yüksələrsə, o, "Qalatasaray"da qalacaq.Qeyd edək ki, Droqbanın İstanbul klubu ilə müqaviləsi mövsümün sonu başa çatır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !