Türkiyənin "Qalatasaray" klubunun idarə heyətinin üzvlərindən olan Emir Sarıgül Didye Droqbanın komandadakı gələcək taleyi haqda danışıb.
Qol.Az-ın məlumatına görə, hücumçu haqda açıqlama verən klub rəsmisi azarkeşləri ümidləndirib:"Droqba ilə çox yaxşı dostuq. O, türklərin qonaqpərvərliyindən olduqca məmnundur. "Qalatasaray"da çıxış edən hər bir futbolçu bizim üçün dəyərlidir. Hazırda yerli və ya əcnəbi futbolçularımızdan heç birinin klubdan ayrılmaq ehtimalı yoxdur. Droqba komandanın texniki heyətinin məmnun olduğu, azarkeşlərin sevgisini qazanmış bir oyunçudur. Onun "Qalatasaray"da xoşbəxt olduğunu deyə bilərəm".Qeyd edək ki, fildişi sahilli hücumçunun "Qalatasaray"la müqaviləsi mövsümün sonunda bitəcək. ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !