Droqbadan "Çelsi"yə ismarıc

19:37 | 16.12.2013
"Qalatasaray" klubunun hücumçusu Didye Droqba Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkünü dəyərləndirib.
Qol.Az-ın məlumatına görə, bu mərhələdə "Çelsi" ilə qarşılaşacaq "Cim Bom"un kotdi'uvarlı futbolçusu sabiq komandasına ismarıc göndərib.
Droqba "İnstaqram" sosial şəbəkəsindəki hesabından yazıb: "Çox gözəl püşk oldu. Turnirdəki ən şanslı insan mənəm. Hər iki oyunu evimizdə oynayacağıq. Bir neçə aydan sonra görüşəcəyik".
Qeyd edək ki, "Qalatasaray" - "Çelsi" oyunu gələn il, fevralın 26-da keçiriləcək.
Qol.az

Tərəfdaşların xəbərləri

REKLAM