Düşmən ordu yenə itki verdi

10:58 | 14.02.2015
Düşmən ordu yenə itki verdi

Düşmən ordu yenə itki verdi

Ermənistan ordusu itki verib. 

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki,bu gün saat 04:40-da Azərbaycanın işğal olunmuş ərazilərində erməni əsgər Arman Osipyan ölümcül yara alıb. Əsgər döyüş postlarından birində ölüb. 20 yaşlı əsgərin ölümü ilə bağlı təhqiqat aparılır. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. 

Qeyd edək ki, son olaraq bir neçə gün əvvəl Qarabağda erməni diversiyalarının qarşısı alınmışdı.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən qoşunların təmas xəttində Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə hücuma keçməyə cəhd göstərmişdi. 

Şəxsi heyətin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi, görülən qabaqlayıcı tədbirlər nəticəsində 2 kəşfiyyat-təxribat qrupunun qarşısı qətiyyətlə alınmışdı. 

Təxribat zamanı Ermənistan tərəfinin xüsusi təyinatlı dəstəsinin komandiri, zabit Tiqran Simonyan da daxil olmaqla bir neçə əsgəri məhv edilib. Düşmən tərəfdən xeyli sayda yaralı var. 

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM