DSMF-in gəlirləri artıb

12:00 | 10.10.2017
DSMF-in gəlirləri artıb

DSMF-in gəlirləri artıb

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Fonda daxilolmalarda qeyri-büdcə sektoru üzrə proqnoz 105,24 faiz icra edilib.

Azərbaycanda aparılan uğurlu sosial-iqtisadi siyasət və işləyən əhalinin sosial sığorta sistemində fəal iştirakının stimullaşdırılmasına yönələn islahat tədbirləri layiqli pensiya təminatının əsasını təşkil edən, müasir standartlara cavab verən bu sistemin davamlı inkişafına imkan verib.

2017-ci ilin 9 ayında ƏƏSMN yanında DSMF-nin gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 7 faiz və ya 165,49 milyon manat artaraq 2532,59 milyon manat, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə gəlirləri 8,8 faiz artaraq 1501,1 milyon manat təşkil edib. Fonda daxilolmaların 65,13 faizi və ya 977,7 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 12,1 faiz və ya 105,46 milyon manat çox olmaqla, proqnozun 105,24 faiz icra edildiyini göstərir. Ümumi daxilolmaların səviyyəsi cari ildə də Fond tərəfindən əmək pensiyalarının müəyyən olunmuş qrafik üzrə vaxtında maliyyələşdirilməsinə imkan verib.

Fərdi uçot sistemi ilə əhatə olunanların sayında da növbəti artım müşahidə edilir. Cari ilin yanvar-sentyabr aylarında bu sistemdə əlavə olaraq 154 913 nəfərə fərdi şəxsi hesab açılıb ki, bu da ötən ilin müvafiq dövrü (136 524 nəfər) ilə müqayisədə 18 389 nəfər və ya 13,47 faiz çoxdur. Beləliklə, 01 oktyabr 2017-ci il tarixə sistemdə qeydiyyata alınan sığortaolunanların sayı ötən ilin müvafiq dövrü (3 316 678 nəfər) ilə müqayisədə 211 792 nəfər və ya 6,39 faiz artaraq 3 milyon 528 min 470 nəfərə çatıb.

Sosial sığorta sahəsində iş mexanizmlərinin daha da təkmilləşdilməsi istqiamətində tədbirlərin davamı olaraq, cari ilin 1 aprel tarixindən real rejimdə məcburi dövlət sosial sığorta haqları üzrə fərdi uçot əsaslı vahid rüblük hesabat alt sisteminin tətbiqinə başlanılıb. Bu tədbir sığortaedənlər tərəfindən hesabatların sayının azaldılmasına və onların təqdim edilməsi prosesinin sadələşdirilməsinə şərait yaradıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM