DSMF sədri: "Azərbaycanda bütün sosial proqramlar vaxtında reallaşdırılır"

17:28 | 14.10.2015
DSMF sədri:

DSMF sədri: "Azərbaycanda bütün sosial proqramlar vaxtında reallaşdırılır"

Milli Məclisin plenar iclasında "Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üzrə büdcəsi haqqında" qanun layihəsi müzakirə olunub.

"APA-Economics”in məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bazar iqtisadiyyatının tələblərinə uyğun reallaşdırılan islahatlarla əhalinin rifahının əlaqələndirilməsi konsepsiyası uğurla icra olunmaqdadır: "Bunun nəticəsidir ki, dünyada proqnozlaşdırılması çətin olan maliyyə və iqtisadi proseslərin baş verdiyi hazırkı şəraitdə ölkəmizdə bütün sosial proqramlar vaxtında reallaşdırılır. O cümlədən, əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri daha da inkişaf etdirilir. Qeyd olunan siyasətin prioritet istiqamətlərindən biri kimi pensiyaçıların sosial müdafiəsinin daha da gücləndirilməsi və sığorta-pensiya sisteminin dayanıqlı inkişafı "Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi layihəsi”nin əsas məzmununu təşkil edir. Diqqətinizə təqdim olunan layihədə Azərbaycan Respublikasının növbəti ilə gözlənilən əsas makroiqtisadi göstəricilər və demoqrafik tendensiyalar nəzərə alınıb. Habelə, layihənin tərtibində ölkəmizin iqtisadi həyatı ilə pensiyaçıların sosial müdafiəsinin müasir prinsiplər əsasında əlaqələndirilməsini təmin edən sığorta-pensiya sisteminin cari ilin ötən dövründəki fəaliyyətinin əsas parametrlərinə istinad olunub".

E. Mehdiyev qeyd edib ki, cari ilin 9 ayı ərzində DSMF-nin gəlirləri 2 mlrd. 185,2 mln. manat təşkil edib, sosial sığorta daxilolmaları ötən ilin müvafiq dövrünə nisbətən 5% artaraq 1 mlrd. 305 mln. manata çatıb: "Bu artım tendensiyası dövlət büdcəsindən ayrılan transfertin ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,5 milyon manat azalmasına səbəb olub. Bütün bunlar milli iqtisadiyyatın dayanıqlığı şəraitində əhalinin sosial sığortaya cəlb olunan gəlirlərinin artımını ifadə etməklə yanaşı, sığorta-pensiya sisteminin iştirakçılarının aktivliyinin yüksəldilməsinin nəticəsidir ki, ilin əvvəli ilə müqayisədə fərdi uçot sistemində qeydiyyata alınanların sayı 160 min nəfər artaraq 3 milyon 136 min nəfəri ötüb".

Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində fondun xərcləri 2 mlrd. 195 mln. manat olub və bunun 98%-i pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəlib.

E. Mehdiyev qeyd edib ki, 2016-cı il üçün DSMF-nin gəlir və xərclərinin 3 mlrd. 78,6 mln. manat həcmində proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsinə nisbətən 22,3 mln. manat və ya 0,7% çoxdur.

Xərclər üzrə dəyişikliyin istiqamətləri belədir: "Əmək pensiyası üzrə xərclərin artımı 13,1 milyon manat müavinətlər üzrə artım 8,9 milyon manat, digər xərclər üzrə artım 300 min manat proqnozlaşdırılır".
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM