DSMF təqaüdçülərin məsələsinə aydınlıq gətirdi – RƏSMİ AÇIQLAMA

15:51 | 09.01.2014
DSMF təqaüdçülərin məsələsinə aydınlıq gətirdi – RƏSMİ AÇIQLAMA

DSMF təqaüdçülərin məsələsinə aydınlıq gətirdi – RƏSMİ AÇIQLAMA

Bu gün bəzi informasiya portallarında təqaüdçülərə təqaüdlərinin verilməməsi ilə bağlı məlumat yayılıb. Məlumata görə, Dövlət Sosial Müdafiə Fondu dekabr ayının 20-də dekabr ayı üzrə pensiyaların maliyyələşməsi üçün DSMF-nin mərkəzi xəzinə hesabından tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürüldüyünü və 31 dekabra qədər təqaüdçülərin pullarını alacağını bildirsə də, bu günə kimi təqaüdçülər gözləməli olublar. Qeyd edək ki, hər ayın əvvəlində təqaüdçülərin ay üzrə maliyyələşməsi həyata keçirilir. Dekabr ayının 20-də DSMF tərəfindən belə bir məlumatın yayılması, təqaüdçülərin dekabr ayının 27-dən 31-nə qədər bankomatlara kütləvi şəkildə axışmasına səbəb olub.
DSMF Mətbuat Xidmətinin rəhbəri Elman Babayev ANN.Az-a açıqlamasında məsələyə aydınlıq gətirib.
E.Babayev bildirib ki, yayılan məlumat dekabr ayı üçün olub, yanvar ayı qrafikə uyğun olaraq veriləcək: “Söhbət dekabr ayının təqaüdündən gedirsə, dekabr ayının maliyyələşdirilməsi ayın 20-də bitib. Yox əgər söhbət yanvar ayından gedirsə, ay yeni başlayıb, yaxın günlərdə veriləcək. Saytlar qərəzli məlumat yayıblar. Yanvar ayının təqaüdü dekabr ayında necə verilə bilər?” – deyə E.Abdullayev bildirib.
Seymur
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM