İldırım vurması nəticəsində həlak olan hərbçilərə şəhid statusu veriləcək - Yenilənib

16:45 | 09.06.2024
İldırım vurması nəticəsində həlak olan hərbçilərə şəhid statusu veriləcək - Yenilənib

İldırım vurması nəticəsində həlak olan hərbçilərə şəhid statusu veriləcək - Yenilənib

Dövlət Sərhəd Xidmətinin (DSX) iki hərbi qulluqçusu - mayor Elşən Baxışlı və əsgər Əli Nağıyev ildırım vurması nəticəsində həlak olublar. Hadisə hərbçilərin xidməti vaxtında baş verib.
 
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov "Qafqazinfo”ya bildirib ki, hərbi-hissə tərəfindən müvafiq arayış təqdim edildikdən sonra, xidməti vəzifələrini yerinə yetirərkən həlak olan hərbçilərə şəhid statusu veriləcək.

 09:45

Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusu ildırım vurması nəticəsində vəfat edib.Bu barədə qurumun teleqram kanalında bildirilib.
 
"İyun ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat etmişlər. Faktla bağlı araşdırma aparılır. Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir. Allah rəhmət eləsin!”, – məlumatda qeyd olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM