DSX-nin Akademiyasında baş verən yanğında zərərçəkənlər evə buraxılıb

18:30 | 07.12.2022
DSX-nin Akademiyasında baş verən yanğında zərərçəkənlər evə buraxılıb

DSX-nin Akademiyasında baş verən yanğında zərərçəkənlər evə buraxılıb

Ötən gün Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının əsas korpusunda baş verən yanğında zərərçəkənlər evə buraxılıb.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, qurumun tabeliyindəki tibb müəssisələrində hospitalizasiya olunan zərərçəkənlərin hər birinə zəruri tibbi xidmət göstərilib: "Onlar ambulator müalicə üçün evə buraxılıblar".

Dekabrın 6-da DSX-nin Akademiyasının əsas korpusunda yanğın qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Akademiyanın inzibati binasının dam örtüyündə baş verən yanğın genişlənməsnə imkan verilmədən qısa müddətdə tam söndürülüb. İlkin səbəb kimi elektrik xəttində qısaqapanmanın olduğu ehtimal edilir.

Hadisə nəticəsində yanğında 14 nəfər tüstüdən zəhərlənib və TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 10 həkim briqadası əraziyə cəlb edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb