DSX-nin rəisi general-polkovnik Elçin Quliyev hadisə yerinə gəlib.
Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Akademiyanın şəxsi heyəti tərəfindən yanğının lokallaşdırılması və söndürülməsi üzrə ilkin zəruri tədbirlər görülüb, Fövqəladə Hallar Nazirliyinin "102” qaynar xəttinə məlumat verilib, əraziyə yanğınsöndürənlər cəlb edilib.
Baş verən hadisə ilə əlaqədar DSX-nin rəisi general-polkovnik Elçin Quliyev başda olmaqla qurumun rəhbər heyəti hadisə yerinə yollanıb.
Yanğının söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülüb, yanğın qısa zamanda lokallaşdırılıb.
Akademiyanın şəxsi heyəti arasında xəsarət alan olmayıb.
"Hadisənin baş vermə səbəbləri aidiyyətı qurumlar tərəfindən araşdırıldıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda qeyd edilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib ki, FHN-in qüvvələri tərəfindən görülən operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
*********
Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasındakı yanğında 14 nəfər tüstüdən zəhərlənib. Bu barədə TƏBİB-dən məlumat verilib.
DSX-nin Akademiyasının inzibati binasında qeydə alınan yanğın hadisəsilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 10 həkim briqadası əraziyə cəlb edilib.
Hazırda hadisə nəticəsində 14 nəfər tüstüdən zəhərlənmə səbəbilə hospitalizasiya olunur.
********
Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasında yanğın başlayıb.
Yanğın hazırda davam edir. Əraziyə yanğınsöndürənlər cəlb olunub.
***
Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam edir.
Əlavə məlumat veriləcək.
*******
Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının binası yanır.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb edilib.
Hazırda yanğınsöndürmə işləri aparılır.(Bakuws)
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !