DSX-nin helikopter qəzası ilə bağlı istintaq davam etdirilir - RƏSMİ

Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması ilə bağlı hazırda istintaq davam etdirilir, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov bildirib.
O deyib ki, qəza pilotların səhlənkarlığı ucbatından baş verib.
"Cinayət işi çərçivəsində yol verilmiş digər qanun pozuntularıının aşkarlanması əsas hədəfimizdir. Bu iş üzrə yekun qərar qəbul edilməyib”, - o vurğulayıb.
2021-ci il 30 noyabr tarixində saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin Azərbaycanın şərqində yerləşən Səngəçal aerodromundan qalxan Mi-17 hərbi helikopteri paytaxt Bakı şəhərindən 70 kilometr (43 mil) uzaqlıqdakı Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.
Helikopterin qəzaya uğraması nəticəsində iki polkovnik, beş mayor, dörd kapitan, iki leytenant və bir podratçı həlak həlak olub. Həlak olanların nəşləri Səhiyyə Nazirliyinin Bakıda yerləşən Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətiriib, müayinə olunduqdan sonra növbəti gün morqdan çıxarılaraq DSX-nin "Sərhədçi" İdman Kompleksində onların vida mərasimi keçirilib. Həlak olanların çoxusu II Şəhidlər xiyabanında, Fərid Nağıyev isə Beyləqan Şəhidlər xiyabanında dəfn olunmuşdur. Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyev qəzada həlak olan əsgərlərə şəhid statusunun veriləcəyini demiş, Azərbaycan Prezidenti İlham Əliyevin hadisənin təfərrüatlarının daha da aydınlaşdırılması, şəhidlərin dəfn edilməsi və yaralıların müalicəsi üçün lazım olan hər şeyin edilməsi ilə bağlı tapşırıqlar verdiyini də diqqətə çatdırıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qəzada həlak olanların "şəhid" olduğunu bildirmiş, bu statusda nəzərdə tutulan bütün ödənişlərin onların ailələrinə ödəniləcəyini, mənzil və avtomobil təminatı olacağını əlavə edib.

DSX-nin məlumatına görə, hadisə nəticəsində həlak olanların siyahısı:
Cavadov Fizuli Əli İbram oğlu — polkovnik
Nəbiyev Elçin Fikrət oğlu — polkovnik
Nəzirov Emil Nəzir oğlu — polkovnik
Həsənov Elmir Mircəlil oğlu — mayor
Əhmədov Elbrus Səmrəddin oğlu — mayor
Mayılov Emil Şahid oğlu — mayor
Məmmədov Murad Yaşar oğlu — mayor
Əliyev Emil Elman oğlu — mayor
Əhmədxanov Ceyhun Xanlar oğlu — tibb xidməti kapitanı
Bayramlı Cavid Əhliman oğlu — kapitan
Əliyev Xəyyam Əlixan oğlu — kapitan
Qaraisayev Teymur Ənvər oğlu — kapitan
Nağıyev Fərid Təyyar oğlu — baş leytenant
Süleymanov Abdulla Telman oğlu — leytenant
Qəza nəticəsində bir polkovnik və bir kapitan isə yaralanıb. DSX-nin Mətbuat Mərkəzinin 4 dekabrda verdiyi məlumata görə, hər iki hərbi qulluqçunun səhhəti normaldır, onların sağlamlıqlarının bərpa olunması və qısa müddətdə xidmətə qaytarılmaları üçün bütün lazımi tədbirlər görülür.
DSX-nin məlumatına görə, hadisə nəticəsində yaralananların siyahısı:
Cəfərov Emil Məmməd oğlu — polkovnik-leytenant
Ədilov Ramin Ramiz oğlu — kapitan
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 