DSX zabiti faciəli şəkildə həyatını itirib.
Anews.az xəbər verir ki, Astarada yol-nəqliyyat hadisəsi baş verib, sürücü ölüb.
Qəza rayonun Şahağacı kəndi ərazisində qeydə alınıb.
Bakı sakini olan Əlihüseyn Rafail oğlu Əlizadənin idarə etdiyi 90-MZ-032 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq əvvəl ərazidən keçən qaz xəttinə, sonra isə işıq dirəyinə çırpılıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
APA-nın məlumatına görə, DSX-nin zabiti - baş leytenant Əlihüseyn Əlizadə ATV-nin tanınmış aparıcısı Vüsalə Əlizadənin qardaşıdır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !