Dubay şeyxinin həyatı - BBC

15:04 | 17.01.2014
Dubay şeyxinin həyatı - BBC

Dubay şeyxinin həyatı - BBC

Con Sopel
BBC News, Dubay
Bu,  bir ilk idi. Mən maşına oturarkən, ilk dəfə sürücüyə "Əlahəzrət" deyə müraciət etməli olurdum.  Şeyx Məhəmməd bin Rəşid Al-Maktume haqqında çox danışmaq olar.
Onunla həyətin ortasında inşa olunan azmərtəbəli, boz-qəhvəyi evdə tanış oldum. Bu onun babasının evi idi - Dubayın indiki hökmdarının doğulduğu yer. Şeyx Məhəmməd xatırlayır ki, vaxtilə bu evi elektrik xətləri və su kəməri belə yox idi. Dubay o zamanlar, tamamilə,  başqa idi.
Bu gün evdə muzey yerləşib və turistlər şeyxi real həyatda, canlı görüb çox təəccübləndiyi bir ərəfədə mən onun haqqında daha vacib bir şey də öyrəndim.
Seçilmək və seçmək imkanına nail olmaq üçün üzündən tər tökəcək qədər iltifat göstərməyə lüzumu olmayan insan üçün o, parlaq "pərakəndə siyasətçidir". O, şəkillər üçün poza verir, hamının əlini sıxır, mehribanlıq və yüngül cazibə saçır və s. Bir çox qərb siyasətçiləri bunu yalnız arzu edə bilərlər.
Rezinləri yandırmadan
Evdən çıxıb onun ağrəngli  “4x4”ündə otururam. Qeydiyyat nömrəsini yadda saxlamaq asandır: 1. Bu isə o deməkdir ki, avtomobil yollarda və Dubayın avtomagistrallarında daha yaxşı tanınır.
Şeyx özü maşın sürməyi sevir. Ölkədə çox sürətli şütüyən, güclü mühərrikə malik avtomobillər var. Bunu bilə-bilə yenə də şeyxdən soruşuram:  tezmi gedirik?
Gəlin belə deyək: əgər onu Top Gear konturu üzrə maşın idarə etməyə dəvət etsəydilər, düşünürəm ki, o, rekord qırmazdı və rezinlər yanmazdı. O, xoş və sakit sürürdü.
Və həqiqətən, hər yüz yarddan bir onun ətrafında, hər hansı avtomobil bizim maşınla yanaşı durur, sürücü idarəetməni itirmədən fotoaparatını çıxarıb, şeyxin şəklini çəkməyə çalışırdı. Əslində bu idi təhlükəli manevr, Stoq isə heç zaman belə etməz.
O, maşında xüsusi yerdə yerləşdirilmiş mobil telefona işarə vurur və izah edir ki, bu istənilən şəxs problemi olduqda şeyxə zəng edə bilmək üçündür.
Şeyxin Twitter-də də hesabı var və 2,4 milyon pərəstişkarının olması ilə lovğalana bilər. Qoy heç kim onu xalqın içində olmamaqda ittiham etməsin.
Bədəvi kökləri
Onun babasının evindən çıxıb Dubayın mərkəzində yerləşən bir neçə prospektdən keçirik. Şeyx müasir Dubayı necə görməsindən danışır.
O deyir ki, uşaqlıqda öz atasıyla Avropaya gedibmiş və orada səhralıq, cığırlar və çadırlar əvəzinə yaxşı yollar və binalar görüb. O zamanlar bundan çox təsirlənibmiş. Hazırda isə şeyx Dubayın bu gün malik olduğu infrastrukturu ilə qürur duyur. Bu gün onun şəhəri dünyanın hər hansı nöqtəsində ən yaxşı infrastrukturlarla rəqabət apara bilər.
Amma bununla belə, Şeyx Məhəmməd öz bədəvi köklərinə sadiqdir. Səyahət bizi səhraya, onun sığınacağına gətirib çıxardı – bu cənnətdə yalnız quşların nəğməsini eşitmək mümkün idi.
Bir gün əvvəl, biz müsahibənin təşkil ediləcəyi bu yerin kəşfiyyatını edərkən, orada səs-küylü fəvvarə var idi. Biz soruşduq ki, bu fəvvarəni dayandırmaq olarmı? Onun adamı demişdi ki, "Problem yoxdur".
Amma onda biz başımızın üstündə aviasiya mühərriklərinin uğultusunu eşitdik. "Bundan da narahat olmayın", - mühərriklər üzrə bu inanılmaz faydalı mütəxəssis bizə demişdi. "Biz onları da söndürə bilərik".
Və biz orada olduğumuz müddətdə bir dənə də olsun təyyarə başımızın üstündən keçməmişdi. Bax, hakimiyyət buna deyirlər.
Tərcümə: Ramil Rahiboglu 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM