Dubayda cinayətkar azərbaycanlı fahişə yaxalandı

15:22 | 28.10.2014
Dubayda cinayətkar azərbaycanlı fahişə yaxalandı

Dubayda cinayətkar azərbaycanlı fahişə yaxalandı

Birləşmiş Ərəb Əmirliklərinin hüquq-mühafizə orqanları Şəmkir rayon sakini, 1966-cı il təvəllüdlü Almaz Sarı qızı Həsənovanı bu günlərdə Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşlarına təhvil veriblər.
Bu məlumat vesti.az-a Azərbaycan DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsindən verilib.
Xəbərdə deyilir ki, A.Həsənova son 7 ildə İnterpolun “qırmızı xətti” ilə axtarışda olub. Bu qadın Dubayda həm fahişəliklə, insan alveri ilə, həm də qarətlə məşğul olan cinayətkar qruplaşmaya başçılıq edib. A.Həsənova nəzarətindəki fahişələri varlı ərəb müştəriləri soymağa təhrik edirmiş.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM