Dumada Krımın Rusiyaya birləşdirilməsi məsələsi müzakirə olunacaq

15:01 | 11.03.2014
Dumada Krımın Rusiyaya birləşdirilməsi məsələsi müzakirə olunacaq

Dumada Krımın Rusiyaya birləşdirilməsi məsələsi müzakirə olunacaq

 Rusiya Dövlət Duması martın 21-də Krımın Rusiyaya birləşdirilməsini nəzərdə tutan qanun layihəsini müzakirə edəcək.APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə “Vahid Rusiya” partiyasının nümayəndəsi Vyaçeslav Nikonov deyib. “Martın 17-dək təkliflər və düzəlişlər müzakirə olunacaq. Martın 21-də isə qanun layihəsi parlamentin gündəliyinə salınacaq”, - deyə o bildirib. Qeyd edək ki, müvafiq qanun layihəsini “Ədalətli Rusiya” partiyasından olan deputatlar hazırlayıblar. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM