Bəs dünən Bakını "partladanlar" bu məhsulları necə əldə etmişdilər? Çox asan şəkildə...
Hər kəsə məlumdur ki, yeni il qabağı bütün metrostansiyaların çıxışında, şəhərin bütün ticarət mərkəzlərində pirotexniki vasitələrin açıq satışı həyata keçirilirdi.
O zaman sual olunur ki, qanunla qadağan olunmuş bu məhsulları ölkəyə keçirənlər kimlərdir? Yaxud qeyri-qanuni yollarla keçirmişdilərsə, açıq satış üçün icazəni kimlərdən almışdılar?
Bildiyiniz kimi ölkəmizdə bayramlarla əlaqədar bütün dövlət və özəl müəssisələrdə yanvarın 4-nə qədər qeyri-iş günüdür. Bu səbəbdən rəsmi qurumlardan cavab ala bilmirik.
Qeyd edək ki, son günün qısa mənzərəsi belədir: ölkənin müxtəlif yerlərində onlarla insan pirotexniki vasitələr səbəbindən xəsarət alaraq, Yeni ili xəstəxanalarda keçiriblər. (qaynarinfo)
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !