Dünya Bankı Azərbaycanın suvarma sistemlərini az səmərəli adlandırıb

16:13 | 18.09.2024
Dünya Bankı Azərbaycanın suvarma sistemlərini az səmərəli adlandırıb

Dünya Bankı Azərbaycanın suvarma sistemlərini az səmərəli adlandırıb

Azərbaycanda suvarma sistemlərinin səmərəliliyi aşağı - cəmi 37 %-dir. Bu barədə Dünya Bankının (WB) "Su təhlükəsizliyi problemlərinin həlli üçün səmərəli su sektoru institutlarına və proqramlarına keçid” hesabatında bildirilir.

Sənədə əsasən, ölkənin əksər regionlarında suvarma sistemlərinin səmərəliliyi 20-50 % aralığındadır: "Azərbaycanın suvarma səmərəliliyi həm nəqletmə, həm də sahə səmərəliliyinin təxminən 60 % olduğu ssenarini əks etdirir. Köhnə infrastruktur səbəbi ilə yüksək sızmalar (itkilər) əhəmiyyətli su itkilərinə səbəb ola bilər.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda geniş kanal sistemləri üçün daşıma səmərəliliyi 73 %-dir ki, bu da, məqbul hesab edilən göstəricidən (60 %) xeyli yüksəkdir. Bu fərq kiçik təsərrüfatlardakı itkilərin rəsmi statistikada qeyd olunmamasını da göstərə bilər və bu da ümumi səmərəliliyə təsir edir".


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM