Bu axşam Dünya Bankının (WB) Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Siril Müllerin (Cyril Muller) Azərbaycana rəsmi səfəri başlayır.
"Report"un WB-in Bakı ofisindən əldə etdiyi məlumata görə, səfər şənbə günü başa çatacaq.
Regionla tanışlıq çərçivəsində baş tutacaq səfər zamanı S.Müllerin Azərbaycanın rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulur. Həmçinin, o, WB-in Cənubi Qafqaz regionu üzrə yeni direktoru Mersi Tembonu təqdim edəcək.
Qeyd edək ki, S.Müller vitse-prezident kimi vəzifəsinə bu ilin sentyabrında başlayıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !