• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya bazarında neftin qiyməti ucuzlaşır

Dünya bazarında neftin qiyməti ucuzlaşır
22.07.2021 10:22
Dünənki 4%-lik qiymət artımından sonra korreksiya səbəbindən dünya bazarlarında neft ucuzlaşmağa başlayıb.


Anews.az "Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 9.00-a olan məlumata görə, Şimal dənizində hasil olunan "Brent” neftinin sentyabr fyuçersləri 0,51% ucuzlaşaraq, 1 bareli 71,86 ABŞ dollarına satılıb. WTI neftinin avqust fyuçerslərinin qiyməti isə 0,47% aşağı düşərək, 1 bareli 69,97 dollar təşkil edib.


Dünən qiymətlər 4,1-4,2% artım nümayiş etdirilib. Neft bazarı əvvəlki ucuzlaşmanı, həmçinin ABŞ-da xammal ehtiyatlarının azalmasını kompensasiya edib. Bununla belə, ABŞ Energetika Nazirliyinin məlumatına görə, iyulun 16-dək olan həftə ərzində ölkədə benzin ehtiyatları 0,1 milyon barel, distillyat ehtiyatları 1,3 milyon barel azalıb. Hasilatın əvvəlki həftədə olduğu kimi gündəlik 11,4 milyon barel səviyyəsində qalmasına rəğmən ehtiyatlar gözlənilmədən 2,1 milyon barel artıb.


Ümumiyyətlə, bu həftə ərzində neft qiymətləri yüksək volatillik nümayiş etdirir. Belə ki, risklərin azalması və OPEC+ alyansının qərarları ilə bağlı bazar ertəsi neft orta hesabla 7% ucuzlaşsa da, risk əhvalının bazarlara qayıtması səbəbindən ardıcıl 2 gün artım nümayiş etdiriblər.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
İqtisadiyyat 07:37
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol