Dünya bazarında qızıl 21 dollar bahalaşıb

11:00 | 20.08.2015
Dünya bazarında qızıl 21 dollar bahalaşıb

Dünya bazarında qızıl 21 dollar bahalaşıb

Avqustun 19-da Amerika fond bazarlarında Dow Jones indeksi 0,93% azalaraq 17 348,73 bənd, S&P 500 0,83% ucuzlaşaraq 2 079,61 bənd, Nasdaq isə 0,80% geriləyərək 5 019,05 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,88% geriləyərək 6 403,45 bənd, Fransa CAC-40-ı 1,75% azalaraq 4 884,10 bənd, Almaniya DAX-ı isə 2,14% ucuzlaşaraq 10 682,15 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 21 dollar yaxud 1,85% bahalaşaraq 1 137,90 dollar təşkil edib. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1136 (+0,84%) təşkil edib.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM