İyunun 29-da ABŞ və Fransa prezidentləri Barack Obama və Francois Hollande Yunanıstan üçün maliyyə və islahat paketi üzrə danışıqların bərpasına çağırıb
Nyu Yorkdan Tokioya qədər səhm bazarlarında kəskin eniş başlayıb. İyunun 29-da ABŞ və Fransa prezidentləri Barack Obama və Francois Hollande Yunanıstan üçün maliyyə və islahat paketi üzrə danışıqların bərpasına çağırıb.
İyunun 30-da Yunanıstan formal olaraq Beynəlxalq Valyuta Fonduna ödənməmiş borcu üzrə defolta daxil olur. İyunun 30-da ölkənin BVF və Avropa Birliyindən maliyyə yardımının da vaxtı bitir.
ABŞ səhm indekslərində 2 faizlik eniş qeydə alınıb. Səhmlər Avropada da düşüb. Frankfurtda DAX 30 3.56 faiz, Parisdə CAC 40 3.74 itirib.
Daha zəif avrozona üzvlərinə də daha artıq zərbə dəyib. Lissabon və Milanda düşüş 5 faiz, Madriddə 4.56 faizdir.
Yunanıstan liderləri islahatlar üzrə danışıqlardan imtina edib. Ölkənin səhm bazarı və banklar bir həftəliyə bağlanıb. İyulun 5-də keçiriləcək referendumda Avropa liderlərindən son kredit paketini almaq məsələsi səsə qoyulacaq. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !