London və Nyu-York birjalarında keçirilən hərraclar zamanı neftin qiymətinin dinamikası müəyyənləşməyib.
Bu barədə anews.az hərracların son nəticələrinə istinadən xəbər verir.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin oktyabr fyuçerslərinin qiyməti 1 barelə görə 0,30% artaraq 47,43 dollar təşkil edib.
ICE London qitələrarası birjasında isə Brent markalı neftin 1 barelinin dəyəri 0,45% azalaraq 52,51 dollar olub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !