Dünya çempionatı azarkeşsiz olacaq

23:30 | 03.02.2021
Dünya çempionatı azarkeşsiz olacaq

Dünya çempionatı azarkeşsiz olacaq

Latviyada büzüstü xokkey üzrə dünya çempionatı azarkeşsiz keçiriləcək.

Anews.az-ın məlumatına görə, bu barədə Latviyanın baş naziri Krişyanis Karinş məlumat verib.

O, mundialın epidemioloji cəhətdən təhlükəsiz olacağını bildirib: "Oyunçular və digər insanlar cəmiyyətin qalan hissəsindən tamamilə ayrılacaq".

Beynəlxalq Buzüstü Xokkey Federasiyası fevralın 2-də yarışın bütün oyunlarının Latviyada olacağını açıqlayıb. Dünya çempionatının daha əvvəl Latviya ilə yanaşı, Belarusun paytaxtı Minskdə də keçirilməsi planlaşdırılmışdı.

Qeyd edək ki, dünya çempionatının 21 may - 6 iyunda keçirilməsi nəzərdə tutulur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM